Azərbaycanın “mənafeyini” qoruyan alman deputatın rüşvət alması barədə məsələ araşdırılır. Qeyd edək ki, “Azərbaycan pulyuyan maşını” qalmaqaldan sonra rüşvət alan siyasətçilər siyahısında məşhur alman siyasətçi, Merkelin Xristian Demokrat Partiyasının üzvü, 2009-cu ildən Bundestaq deputatı Karin Ştrents da vardı.
Das Erste qəzetində dərc olunan məqaləyə görə, həmçinin AŞPA-nın üzvü olan Ştrents Azərbaycan maraqlarını müdafiə edən alman lobbi şirkəti tərəfindən ən az 15 min avro alıb. Şirkət Xristian Sosial Partiyasının sabiq deputatı, siyasətçi Eduard Lintnerə aiddir. O, 2009-cu ildə yaranmış “Almaniya-Azərbaycan əlaqələrini təşviq edən şirkəti” ilə Azərbaycanın mənafeyini müdafiə edir və aşkar olunmuş faktlara görə, Əliyev ailəsi tərəfindən 800 min avro alıb.
Faktlar sübüt edir ki, Ştrents Avropa Şurasına saxta bəyanat təqdim etmişdi. Eyni şeyi deputat Alan Desteks də etmişdi, lakin Desteks Azərbaycanla əlaqələrin aşkar olunmasından sonra AŞPA-dan istefa etdi. Ştrents isə, hələ öz vəzifəsindədir.
Sərxan Xusiyev