Kseniya Sobçak Rusiya prezidentliyinə rəsmən namizəd olub.
Axar.az xəbər verir ki, onun sənədləri Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilib.
Qeyd edək ki, Sobçak seçkidə özünü “hər kəsə qarşı” olan namizəd kimi təbliğ edir.
Rusiyanın keçmiş iqtisadiyyat naziri Andrey Neçayevin Vətəndaş Təşəbbüsləri Partiyasından namizədliyini irəli sürən Sobçak Putinə qarşı hələlik ən ciddi rəqib sayılır.