SON DƏQİQƏ

Dünyadakı müharibələrdə ABŞ-ın maraqları...

Tarix:19-12-2017, 09:00

Bir münaqişə alovu sönməyə başlayanda başqa birisinin alovlandırılmasının arxasındakı sirr

İraq və Suriyada illərdir davam edən münaqişə nisbətən sakitləşdikdən sonra indi də dünyanın başqa bölgələrində gərginliklər yaranmaqdadır. Xeyli müddət nisbi sakitlik hökm sürən İsrail-Fələstin müharibəsi ABŞ prezidentinin Qüdslə bağlı qərarı ilə yenidən alovlanır. Bir zamanlar Yaxın Şərqdə partladılan bombaların səsi artıq Avropadan gəlir. Daha bir təhlükəli müharibə alovu Şimali Koreyanın üzərində yandırılmaqdadır. İctimaiyyətdə hətta üçüncü dünya müharibəsinin başlayacağı ilə bağlı əndişə yaranıb. Baş verən proseslərdən qazanan isə bir dövlət var-Amerika Birləşmiş Ştatları.

Bir sözlə, dünyanın hansı nöqtəsində münaqişəli vəziyyət varsa, orada ABŞ-ın barmağının olduğu bəlli olur. Bir bölgədə nisbi sabitliyə nail olunursa, çox keçmədən başqa bir bölgəni qarışdırırlar. Ona görə də çoxlarını belə bir sual düşündürür; dünyada belə bir vəziyyətin hökm sürməsi ABŞ-ın nəyinə lazımdır?

Siyasi ekspertlərin bəziləri hesab edir ki, dünyada baş verən proseslər, sadəcə olaraq, böyük güclərin aralarında apardıqları “güc savaşı”dır. Ekspertlərin fikrincə, ABŞ Birinci və İkinci dünya müharibələrində olduğu kimi bu savaşlardan da  faydalanır və “supergüc” statusunu qoruyur. Dünyada bütün neft transaksiyalarının dollarla həyata keçirilməsi  Amerikanın mövqeyini daha da gücləndirir.

Bu barədə danışan politoloq Əhəd Məmmədli onu da bildirdi ki, bu, ABŞ-ın uzun illərdir “Böl və idarə et” siyasətini tətbiq etməsindən irəli gəlir. Əsrlərdir bu siyasətə uyğun dünyanın hər nöqtəsində ingilis siyasətinin barmağını görürük. ABŞ da ingilis siyasətinin nəticəsində qurulan bir dövlətdir. ABŞ demokratik ölkə sayılsa da imperialist düşüncəyə malikdir, imperialist düşüncəyə malikdirsə, deməli, imperiyadır: “Sadəcə, ənənəvi imperiyalardan deyil, 20-21-ci əsrlərin neoimperiyasıdır. SSRİ dağılandan sonra ABŞ özünü dünyanın tək sahibi bildi və bu düşüncəyə uyğun dünyanın hər yerində məkan salmağa başladı. Ona görə də bu gün dünyanın hər yerində, hər münaqişə ocağında biz ABŞ-ı görürük. Lakin artıq əski oyunçuları daha müstəqil şəkildə görməkdəyik ki, bunlar digər ingilis nəhəngi Britaniya, Avropa Birliyi, Çin, Rusiya, Hindistan, Türkiyə, İran və s. dövlətlərdir. Odur ki, artıq ABŞ tək olmayacaq. Dünya tək və ikiqütblü mənzərədən çoxqütblü dünya halına qayıtmaqdadır”.

Image result for Əhəd Məmmədli

Bir sıra siyasi ekspertlər isə hesab edir ki, Amerikanın sənayesi müharibəyə əsaslanır və Amerika üçün hərbi-sənaye kompleksləri daima işləməlidir. Onlara sifariş gəlməlidir, silah satılmalıdır. Bunun üçün də dünyanın müxtəlif bölgələrində silahlı münaqişələr gərəkdir. ABŞ-ın əksər münaqişələrin başlanmasında marağı bundan irəli gəlir. Məhz buna görədir ki, bir münaqişə ocağı sönməyə başlayanda başqa bir bölgədə yenisi alovlandırılır.

Ekspertlərin sözlərinə görə, Amerikanın bu siyasəti Vyetnam müharibəsindən sonra başlanıb.  Vyetnam müharibəsindən sonra Amerika 3-4 ildən bir öz hərbi silah arsenalını  təzələməyi qarşıya məqsəd qoyub. Yəni bu silahları sata bilirsə, satmalıdır, sata bilmirsə, Əfqanıstan, İraq, Suriya və  bu kimi ölkələrə göndərməlidir. ABŞ-ın özünün də iştirak etdiyi hərbi konfliktlər var, gizli şəkildə körüklədiyi münaqişələr də var, ancaq bəzən başqa dövlətlər arasındakı gərginliklərə qarışmır. ABŞ-ın bir üstünlüyü də budur ki, digər ölkələrlə quru sərhədi yoxdur və özünü qoruya bilir. Eyni zamanda dünyanın birinci silah ixracatçısıdır. Münaqişələr olmasa ABŞ bu üstünlüyü əldə saxlaya bilməz. Münaqişə varsa, silaha ehtiyac daim olacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN