Avropada yaşayan bir sıra siyasi mühacirlər, o cümlədən siyasi fəaliyyətinə görə təqiblərlə üzləşən və buna görə də uzun müddətdir ki, ailəsi ilə birlikdə Avropanın bir neçə ölkəsində siyasi mühacir həyatı yaşayan Yusif Rəsulov (fotoda sağ tərəfdən birinci şəxs) Azərbaycandakı siyasi məhbusların azad olunmasına dəstək məqsədilə, Fransada yaşadıqları şəhərdə 15 fevral 2025-ci il tarixdə dinc aksiya keçirmişlər.
Aksiya iştirakçıları Azərbaycanda son dövrlər get-gedə artan, jurnalist və azad fikir sahiblərinin qanunsuz və şərlənərək cinayət məsuliyyətinə cəlb edilmələri və həbs olunmalarına qarşı şüarlar səsləndirmişlər.
Siyasi mühacir Yusif Rəsulov, özünə və Azərbaycanda yaşayan ailə üzvlərinə (valideynlərinə) qarşı hələ də davam edən təzyiqlərə və təhdidlərə baxmayaraq, öz əqidəsinə sadiq qalıb qanunsuz olaraq şərlənərək həbs olunmuş 300-dən artıq siyasi məhbusun azad olunması ilə bağlı, sosial media vasitəsilə Azərbaycan hökumətinə çağırışlar etmişdir.
Bununla bağlı Y.Rəsulov özünün Facebook hesabında paylaşım etmişdir.
Bir daha xatırladaq ki, Yusif Rəsulov Azərbaycan hakimiyyəti tərəfindən üzləşdiyi təzyiqlərə görə,ailəsi ilə bir müddətdir ki, Avropada mühacir həyatı yaşayır. Həmçinin o, mühacir olduğu ölkədə mütəmadi olaraq keçirilən, Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edən dinc aksiyaların fəal iştirakçılarındandır.