Frankfurt Höte Universitetinin hüquq fakültəsinin tələbəsi,fəal ictimaiyyətçi Aytəkin Ağayeva Almaniya Sosial-Demokrat Partiyasının tanınmış siyasətçisi Andrea Ypsilanti ilə Almaniyanın Hessen şəhərində görüşüb.
Aytəkin Ağayeva almaniyalı siyasətçiyə Azərbaycan haqqında geniş və ətraflı məlumat verib. Eyni zamanda görüşdə qarşıda gözlənilən seçkilər haqqında da danışılıb.
Xatırladaq ki, siyasətçi 24 sentyabr 2017-ci il tarixində baş tutacaq kansler seçkilərinə hazırlaşır və sesvermədən öncə alman vətəndaşlarını məlumatlandırır.
Qeyd edək ki,Aytəkin Ağayeva 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuş mərhum,prof. Əliyar Səfərlinin nəvəsidir.