SON DƏQİQƏ

Mixeil Saakaşvili: "Ukrayna xalqı Nazirlər Kabinetinin bütün üzvlərini istefaya göndərəcək"

Tarix:25-09-2017, 14:45

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili oktyabrın 17-də Kiyevdə keçirilməsi planlaşdırılan mitinq zamanı Ukrayna Nazirlər Kabinetinin bütün üzvlərini "göndərmək" niyyətində olduğunu bəyan edib

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Biz oktyabrın 17-də buraya qayıdacağıq və Ukrayna xalqı onları (nazirləri - red.) buradan göndərəcək", - M.Saakaşvili bu gün Kiyevdə keçirilən mitinqdə bildirib.

O, həmçinin bu gün həmfikirlərinin axtarışı ilə əlaqədar Lvova səfər edəcəyini də vurğulayıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN