Ermənistan prezidenti Serj Sarqsyan “Rusiya Federasiyası və Ermənistan Silahlı Qüvvələrinin Birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında razılığ”ı oktyabrın 23-də təsdiqləyib.
Ermənistan KİV xəbər verir ki, bu məlumatı Ermənstan prezdentinin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, Serj Sarqsyan Rusiya, Belarus və Ermənistan arasında “Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupunun yaradılması haqqında razılşamanı təsdiqləyib.
Məlumatda həmçinin o da bildirilir ki, İordaniya Haşimilər Krallığı hökuməti ilə Ermənistan arasında sərmayələrin stimullaşdırılması və qarşılıqlı müdafiəsi haqqında razılıq da ratifikasiya olunub.