SON DƏQİQƏ

Putin yenidən seçiləcək, mübarizə onun mirası və varisi üzərində gedəcək

Tarix:13-12-2017, 16:07

Vladimir Putinin 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində qalib gələcəyinə onun ən qatı düşmənləri belə şübhə etmir.

Hazırda mətbuatı, siyasi analitikləri maraqlandıran Putinin sonuncu hesab olunması gözlənilən 6 illik prezidentlik müddətinin necə keçəcəyi və ondan sonra nələrin baş verəcəyidir.

“The New York Times” Nil Makfarkuarın yazdığına görə, Rusiyanı 2024-cü ildə Putinin hakimiyyəti bitənə qədər əsl siyasi “qaydasız döyüş” gözləyir.

“Putinin saray əhli, əgər Kremlə yaxın 40-50 adamı belə adlandırmaq mümkünsə, 2018-ci ildən sonrakı mərhələni öz gələcəkləri naminə bir-birləri ilə əsl müharibə şəraitində keçirəcək”, - müəllif yazır.

Makfarkuarın qeyd etdiyi kimi, üfüqdə artıq indidən sonuncu müddətin hüdudları göründüyü üçün əyanlar bütün diqqətlərini Putinə sədaqət üzərində deyil, canlarının hayına qalmağa yönəldiblər.

Картинки по запросу путин кабинет

Yazıda daxili didişmələrin işartılarının ictimaiyyətdən də gizlədilə bilmədiyi vurğulanır. Bunların içərisində keçmiş iqtisadiyyat nazirinin Putinə yaxın bir adamın, yəni İqor Seçinin onu şərləyərək tutdurması barədə verdiyi bəyanı göstərmək olar.

“Əvvəlki illərdə prezident bu tip məsələləri olduqca çevik həll etməyi bacarırdı”, - müəllif qeyd edir.

“Hazırda Rusya elitasında hökm sürən qeyri-müəyyənliyin yaratdığı yüksək gərginliyi görməzdən gəlmək olmaz. Onlar sarsaqlamağa, bir-birlərini şantaj etməyə, dostlarından donos yazıb onu Putinə göndərməyə davam edəcəklər”, - siyasi analitik Konstantin Qaaze Makfarkuara bildirib.

Картинки по запросу Putin Sechin miller

Məqaləqə bir sıra analitiklərin Putinin bütün bunları öz önünə alaraq 2024-cü ildən sonra da siyasətdə təsir imkanlarını saxlaya biləcəyi barədə fikir gedib.

“O, elə-belə gedə bilməz. Putin gözəl bilir ki, əgər onun varisi uğursuzluğa düçar olsa, bunun atlında özü də qalacaq”, - Qaaze qeyd edib.

Yazı müəllifinin fikrincə, Putin konstitusiyanı dəyişdirərək hansısa Ali hərbi şura və yaTəhlükəsizlik şurasına bənzər bir qurum yaradıb onun başında dayanmaqla əsl hakimiyyəti özünə saxlaya bilər.

“Bununla bərabər müxtəlif qruplar onların ümumi maraqlarını qoruya biləcək vəliəhd təyin edilməsində olduqca israrlıdırlar”,- yazıda göstərilir.

Картинки по запросу Путин преемник

Yazıda bütün bu proseslərin Putin hakimiyyətini zəiflədəcəyi qeyd olunur. Jurnalist yenidən Ulyukayevin işini xatırladaraq İqor Seçinin artıq prezidentlə münasibətlərdə daha müstəqil davrandığı vurğulanır. Seçin Ulyukayevdən sonra Rusiyanın ən iri investisiya şirkətlərindən sayılan “Sistema” SMK-nı (Səhmdar Maliyyə Korporasiyası) saysız hesabsız məhkəmə iddiaları ilə məhv etməyə çalışır. Halbuki prezident bu məsələdə tərəflərin razılığa gəlməsinin vacibliyni söyləmişdi.

“Analitiklərin fikrincə, Putin “axsaq ördək”ə çevrildikcə onun varisi seçmək barədə imkanları azala bilər. Bir çoxları Sankt-Peterburqdakı Avropa universitetinin lisenziyasının ləğvini nümunə göstərərək, Putinin himayəsinin əvvəlki kimi möhkəm olmadığını qeyd edirlər....”

Картинки по запросу путин sechin

Rusiyalı politoloq Qleb Pavlovskinin qeyd etdiyi kimi, “indi bu saat Putindən nə dərəcədə müstəqil davarana bilmək qabiliyyətini göstərmək olduqca vacibdir. Çünki Putinin artıq öz-özünə kömək etməyəcəyi an yaxınlaşmaqdadır”.

Böyük Britaniyanın “The Guardian” qəzetinin icmalçısı Natali Nuqayred Putinin və Putin sonrası Rusiyadakı vəziyyətin göründüyü qədər möhkəm və sabit olmadığını qeyd edir.

Nuqayred bununla bağlı iki fikrin mövcud olduğunu bildirir:

“Birinci ideyaya görə, Rusiya hazırda Suriya və Ukraynada müharibə aparır və bu, keçici bir mərhələ deyil, yeni normadır. Rusiya cəmiyyəti aqressiv millətçilik və anti-Qərb əhval ruhiyyəsini artıq qəbul edib.

Картинки по запросу Putin after 2024

Moskva münaqişə situasiyalarının həll olunmasına maraq göstərmir və gücdən istifadəni xarici hədəflərinə çatmaqda əsas vasitə hesab edir. Rusiyanın ÜDM-i heç İtaliyanın ÜDM-nin üçdə biri qədər deyil. Lakin Putin bunu dövlətin beynəlxalq prestijinin artırılması hesabına təmin edir. Bu Rusiya daxilindəki zəif nöqtələrdən diqqəti yayındırır. Putin olduqca yaxşı formada görünür və o bunu hələ uzun müddət sürdürəcək”, - məqalədə bildirilir.

İkinci fikrə görə isə bu cür vəziyyət çox davam etməyəcək. Putinin qarşısında hər il minlərlə istedadlı insanın kütləvi köç etdiyi, durğun iqtisadiyyata malik neft –qaz dövlətini başqa adama ötürmək kimi çətin vəzifə durur. Rusiya bu gedişlə düşməyə məhkumdur. Qüdrətini artırmaqda olan Çinin nəfəsi onun ənsəsindədir. Putinin Avrasiya İttifaqı ilə bağlı planları boş-boş sözlərdən ibarətdir. Hazırda dəbdə olan millətçi əhval-ruhiyyə sönəcək. Putinizm də əvvəl-axır birtəcək”.

Картинки по запросу путин и его команда

Müəllifin firkincə, hər iki nöqteyi-nəzər Rusiya ilə gələcəkdə necə davranılacağını müəyyən edir. Rusiya indiki formada mövcudiyyətini davam etdirsə onuna sərt mübarizə aparmaq lazımdır. Yox, əgər putinizm can verməyə başlasa hər kəs özünü Rusiyadakı vacib dəyişikliklərə hazırlamalıdır”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN