SON DƏQİQƏ

Qaqauziya Moldova parlamentinin qərarını tanımadı

Tarix:8-12-2017, 10:42

Moldovanın Rusiya televiziyalarını qadağan etməsi haqqında qərarı Qaqauziyada tətbiq edilməyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaqauziya rəhbəri İrina Vlax söyləyib. Onun sözlərinə görə, Moldova parlamentinin bu qərarı ölkə vətəndaşlarının hüquqlarının pozulması deməkdir:

“Aydındır ki, bu qərardan sonra Moldova ilə Rusiyanın münasibətləri növbəti dəfə gərginləşəcək. Bu, ölkəmizin maraqlarına xidmət etmir. İnformasiya təhdidi mifi adı altında Moldovada rus dili ilə mübarizə aparılır”, – deyə o bildirib.

Qeyd edək ki, Moldova parlamenti Rusiya telekanallarının ölkədə yayımını qadağan edən qanun layihəsi qəbul edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN