"Azərbaycanın Pakistan və Türkiyə ilə münasibətləri strateji əhəmiyyət daşıyır və biz buna sevinirik. Buna görə də üçtərəfli format təsadüfi deyil".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının Bakıda keçirilən ilk üçtərəfli görüşündən sonra deyib.
Onun sözlərinə görə, bu gün görüşdə qəbul edilmiş Bakı Bəyannaməsi gələcək əməkdaşlıq üçün yol xəritəsi olacaq.