Ermənistan prezidenti Serj Sərkisyan Rusiyanın “Rossiya 24” kanalına müsahibə verib.
O, Ermənistanın heç kimi təhdid etmədiyini və öz ölkəsinin təhlükəsizliyinin təmin olunması ilə məşğul olduğunu söyləyib.
“Ermənistan ordusu ölkənin təhlükəsizliynin birinci təminatçısıdır. Lakin dünyada heç bir dövlətin təkbaşına öz milli təhlükəsizliyini tam şəkildə təmin etmək halında deyil”,- Ermənistan prezidenti bəyan edib.
Sərkisyan Ermənistanın KTMT üzvü olduğunu və kollektiv müdafiə məsələlərini işləyib hazırladığını bildirib:
“Bu yaxınlarda Ermənistanda “Döyüş qardaşlığı 2017” təlimlərinin bir hissəsi keçirilib. Ermənistanda baş tutan bu mərhələ “Qarşılıqlı fəaliyyət 2017” adlandırılıb. Təlimlər olduqca uğurlu alınıb və gördüyümüz işlərin ölkələrimizin təhlükəsizliyinin xeyrinə olduğu sübut edilib”,
Onun sözlərinə görə, Rusiya və Ermənistan həmişə dost qalmalıdır və bu dostluq həm də əməldə bilinməlidir:
“Bizim isti və gözəl münasibətlərimizin üzərində çalışılmadığı halda yaxşı nəticələrə gəlmək mümkün deyil. Buna görə də dostluq etmək lazımdır, dostluq isə həm də ünsiyyət deməkdir”, Serj Sərkisyan yekunda qeyd edib. (minval.az)