SON DƏQİQƏ

Gürcüstanda seçki bülletenləri Azərbaycan dilində də çap olunacaq

Tarix:13-10-2017, 10:50

Oktyabrın 21-də Gürcüstanda keçiriləcək yerli idarəetmə seçkiləri üçün bülletenlər milli azlıqların dillərində də çap olunacaq.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze APA-nın yerli bürosuna bildirib ki, seçki bülletenləri gürcü-Azərbaycan və gürcü-erməni dillərində çap olunaraq milli azlıqların sıx yaşadıqları bölgələrə göndəriləcək.

 

A. Mikeladze deyib ki, MSK bəzi seçki məntəqələri üçün 3 dildə - gürcü, Azərbaycan və erməni dillərində bülletenlər çap etdirəcək: “Seçki bülletenlərinin çap olunması prosesinə hələ başlanılmayıb. Seçicilərin yekun siyahısı əldə olunandan sonra prosesə start veriləcək”.

Qeyd edək ki, Gürcüstanda 3,4 milyon nəfərdən çox seçici var.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN