Dağlıq Qarabağa Ermənistan tərəfindən qanunsuz və haqsız olaraq işğal edilmiş qardaş Azərbaycan torpağıdır. Oraya səyahət edə bilmək üçün mütləq Azərbaycanın razılığının olması şərtdir.
Diaspor hərəkatının fəalı Elnur Eltürk musavat.com-a bildirib ki, bu sözləri Skandinaviya Türk Federasiyasının başqanı İlhan Esen söhbəti zamanı bildirib.
Federasiya rəhbəri qeyd edib ki, Azərbaycanın razılığı olmadan ermənilərin qanunsuz nəzarəti altında olan torpaqlara səyahət etməyi, ermənilərlə iş birliyində olmaq və qardaş Azərbaycanın, Türkiyənin milli siyasəti və milli maraqlarının əleyhinə çıxmaqdır:
“Azərbaycan bu şəxslər haqqında həbs olunma qərarı çıxarmaqda tamamilə haqlıdır. Vətənimiz Türkiyədə də bir an əvvəl bu şəxsləri cəzalandırmalı və qardaş Azərbaycana olan dəstəyimizin səmimi olduğunu göstərməliyik. Biz, federasiya olaraq işğal altında olan Qarabağa Azərbaycanın izni olmadan və işğalçı ermənilərin nəzarəti altında gedənləri sərt şəkildə qınayırıq. Onların bu hərəkətlərini vətənə xəyanət olaraq qiymətləndiririk” -deyə İ.Esen bildirib.