SON DƏQİQƏ

Məmmədyarov: "Ukrayna ilə münasibətlərimiz strateji xarakter daşıyır"

Tarix:3-10-2017, 10:00

"Ukraynanın xarici işlər naziri ilə iki ölkənin əlaqələrinə dair geniş müzakirə apardıq. Bizim əlaqələrimiz strateji xarakter daşıyır".

Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir görüşdə ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunduğunu bildirib: "Nəqliyyat sahəsində əlaqələri də müzakirə etdik. Nəqliyyat layihələri iqtisadi baxımdan çox önəmli və maraqlıdır. Gələn ay iki ölkə arasında hökumətlərarası komissiyanın iclası olacaq".

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN