SON DƏQİQƏ

Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

Tarix:20-09-2017, 16:44

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaranın kürdlərə qarşı köklənmədiyini bildirib. APA-nın xəbərinə görə, R.T.Ərdoğan bunu “PBS NewsHour” nəşrinə müsahibəsində bildirib.

“Biz kürdlərə qarşı yox, terror təşkilatına qarşı çıxış edirik, kürdlər isə bizim dostlarımızdır”, - deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə prezidenti ölkəsinin Aİ-yə üzvlüyünə dair vəziyyəti şərh edib: “Onlar gərək bəyanatla çıxış etsinlər. Bizi qəbul etməyə hazırdırlar ya yox? Biz hər şeyə hazırıq”, - deyə o qeyd edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN