SON DƏQİQƏ

Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi

Tarix:20-09-2017, 16:40

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

 

APA-nın xəbərinə görə, meriya mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

 

Qeyd edək ki, Milli Şura sentyabrın 23-də saat 15:00-17:00-dək keçmiş "Məhsul" stadionunda mitinq keçirmək haqqında qərar vermiş və mitinqə icazə verilməsi üçün BŞİH-ə müraciət etmişdi.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN