SON DƏQİQƏ

Trampdan Ərdoğan haqda inanılmaz sözlər: Heç zaman...

Tarix:22-09-2017, 16:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında görüş başlayıb.

Axar.az xəbər verir ki, dövlət başçıları Nyu Yorkda “Lotte Nyu York Palace” otelində Bakı vaxtı ilə 23:15-də bir araya gəliblər.

Görüşdən əvvəl liderlər mətbuata açıqlamalar veriblər.

"Biz əvvəllər olmadığı qədər indi yaxınıq. O, mənim dostum oldu. Onun liderliyi olduqca yüksək qiymətləndirilir" - bu sözləri ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan barəsində deyib.

Ərdoğan isə “Regional problemləri müzakirə edəcəyik” deyə, bildirib.

Bundan əlavə, tərəflərin iki ölkə arasında yaşanan anlaşılmazlıqları da müzakirə edəcəkləri gözlənilir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN