SON DƏQİQƏ

Keçmiş deputat Qalib Salahzadə: “Allahşükür Paşazadə, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq”

Tarix:29-08-2017, 15:55

“Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxüilislamı olsun”.

Sonxeberler.info modern.az-a istinadən xəbər verir ki, bu sözləri Allahşükür Paşazadənin qudası, Milli Məclisin sabiq deputatı Qalib Salahzadə deyib.

Allahşükür Paşazadədən sonra Qafqaz Müsəlmanları İdarəsinə kimin rəhbərlik edəcəyi ilə bağlı suala cavabında o bildirib: “...Hacı Allahşükür Paşazadə cavandır. Belə baxıram, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq. Siz şeyxi artıq qocaltmısız. Şeyx qoca deyil. Həmçinin, Şeyxin övladları, nəvələri bir yolla gedir. Onlar da dindar insanlardır”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN