SON DƏQİQƏ

Ərdoğan: Kəşfiyyatın idarəsi hökumətin əlində olmalıdır

Tarix:29-08-2017, 13:44

Kəşfiyyatın idarə edilməsi hökumətin əlində olmalıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, əgər hökumət ölkənin kəşfiyyat qüvvələrini idarə etməsə, bu, ciddi problemlərə gətirib çıxaracaq:

"Dünyanın bütün böyük ölkələrində kəşfiyyatın idarəsi hökumətlərin əlindədir".

Qeyd edək ki, avqustun 25-də Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilmiş qərara dəyişikliklərə əsasən, Türkiyə Kəşfiyyat Xidməti Prezident Administrasiyasına tabe olacaq

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN