SON DƏQİQƏ

“Tramp artıq respublikaçılar üçün ağır yükə çevrilir” – politoloq

Tarix:14-08-2017, 15:55

Şahin Cəfərli: “Bu isə o deməkdir ki, impiçment üçün siyasi zəmin tədricən yaranmaqdadır”


ABŞ Konqresinin Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalar qərarı və Pxenyanla yeni müharibə təhlükəsi prezident Trampın işinə yarayıb. Hər halda araşdırmalar davam etsə də, indi gündəmdə Şimali Koreya ilə gərginlik olduğu üçün Trampın taleyi mövzusu arxa plana keçib.

İndi ABŞ və Şimali Koreya rəhbərliyi bir-birinə qarşı zərbə endirməklə bağlı təhdid edir. ABŞ prezidentinin Pxenyanı “nevə silahlı” təhdidi isə dünya mediasında geniş əks-səda doğurub. ABŞ müdafiə naziri isə deyib ki, onun vəzifəsi müharibə planını hazırlamaqdır, ancaq bununla bağlı “düşmənə məlumat vermək fikri yoxdur”. Artıq Yaponiya, Cənubi Koreya, Avstraliya hökumətləri Şimali Koreya qarşısında ABŞ-a dəstəklərini ifadə ediblər. Yəni əgər savaş çıxarsa adı çəkilən (eləcə də başqaları - K.R) ABŞ-ın yanında yer alacaq. Artıq dünən mediada Yaponiya paytaxtında quraşdırılmış “Patriot” Hava Hücumundan Müdafiə sistemlərinin şəkilləri yayılıb. Tokio bəyan edib ki, Pxenyan Quam adalarını atəşə tutarsa, havadaca o raketləri vurub salmağa qadirdir.

Ancaq hələlik qarşılıqlı hədələr davam etsə də, hərbi əməliyyatların başlanacağı ilə bağlı fikirlər yoxdur. BBC Şimali Koreyaya müdaxilə ilə bağlı bir neçə variant olduğunu, ancaq bunların hər birinin ciddi risk daşıdığı üçün dəqiqələşmədiyini yazır.

Bütün bu təhdid atmosferində isə Trampın impiçment söhbətləri arxa plana keçir. Maraqlıdır ki, bu ilin aprelində. Daha dəqiqi aprelin 7-də ABŞ ordusu Suriya hərbi bazasını vuranda da analoji vəziyyət yarandı. Bütün dünya, o cümlədən Konqresdəki düşmənləri bir müddət Trampın Rusiya ilə əlaqələrini, seçilməsindəki “rus izi” iddialarını “unutdular”.

Картинки по запросу sahin ceferli politoloq

Ancaq siyasi şərhçi Şahin Cəfərli bunun əksini düşünür. “SonXəbərlər”ə açıqlamasında Ş.Cəfərli bildirdi ki, hələlik xarici siyasət sahəsindəki gərginliyin ABŞ daxilindəki prosesləri arxa plana atdığını söyləmək olmaz. Çünki hazırda xarici siyasətlə bağlı gərginlik yüksək həddə deyil: “Bu, o vaxt baş verər ki, gərginlik müharibə səviyyəsinə qədər artsın. Bu halda Konqres prezidentə müharibəyə başlamaq icazəsi verməlidir. Şübhəsiz ki, hadisələr bu yöndə inkişaf edərsə, ABŞ-da hər kəsin diqqəti müharibəyə yönələcək, siyasi mübarizə müvəqqəti də olsa, səngiyəcək. Hələ ki ölkə bu mərhələyə gəlib çatmayıb”.

Ş.Cəfərli deyir ki, əvvəlki həftələrlə müqayisədə siyasi fəallığın bir qədər aşağı düşməsinin əsas səbəbi isə Konqresin tətilə çıxması ilə əlaqədardır: “Qanunvericilərin tətili sentyabra qədər davam edəcək. Sentyabrdan sonra ABŞ daxili siyasətində növbəti gərgin mərhələ başlayacaq və bu gərginliyi təkcə Tramp-Rusiya əlaqələrinə dair siyasi və hüquqi müstəvilərdə aparılan təhqiqatlar yox, 1 il sonra Konqresə keçiriləcək ara seçkilər də şərtləndirəcək. Gələn ilin noyabrında Konqresin hər iki palatasında yerlərin üçdə birinə seçki keçiriləcək və faktiki olaraq, bu ilin payızından seçki kampaniyasına start veriləcək. Qanunvericililərin işindəki qısamüddətli fasiləyə baxmayaraq, Rusiyanın ABŞ-dakı 2016-cı il seçkilərinə müdaxiləsini və Trampın komandasının Rusiya ilə gizli əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller təhqiqatını davam etdirir. Təhqiqat artıq yeni mərhələyə qədəm qoyub. Ötən müddətdə R.Müllerin ABŞ qanunvericiliyində prokurorlara verilən səlahiyyətlərdən istifadə edərək Vaşinqtonda Böyük Jüri formalaşdırdığı məlum olub. Böyük Jürinin istənilən şəxsi ifadə verməyə çağırmaq, eləcə də dövlət orqanlarından lazımi sənədləri istəmək hüququ var. Böyük Jüri məhkəmə deyil, sadəcə olaraq, o, apardığı araşdırmanın sonunda toplanan materiallar əsasında cinayət işinin qaldırılıb-qaldırılmaması barədə prokurora tövsiyə verə bilər”.

Картинки по запросу FTB basqın

Digər mühüm hadisə isə FTB-nin Trampın seçki qərargahının rəhbəri olmuş Pol Manafortun evinə basqın edərək bir sıra sənədləri müsadirə etməsidir. Ş.Cəfərlinin fikrincə, bu istintaq ciddi nəticələrə səbəb ola bilər: “Manafort siyasi texnoloq kimi vaxtilə Ukraynada Viktor Yanukoviç və onun Regionlar Partiyası ilə yaxın əməkdaşlıq edib və bu əməkdaşlıqdan böyük pullar (17 milyon dollar) qazanıb. Onun Rusiya ilə də sıx bağlantıları olduğu güman edilir, bu səbəblə Manafortun personası xüsusi prokuror üçün cəlbedicidir. Manafortun artıq istintaqla əməkdaşlığa getdiyi barədə məlumatlar da var. ABŞ qanunvericiliyində nəzərdə tutulur ki, istintaq üçün qiymətli şahid ifadələri və materiallar təqdim etməyin əvəzində həmin şəxsə prokuror tərəfindən immunitet verilə bilər. Müllerin təhqiqatında önəmli məqam budur ki, qanunvericilik onun fəaliyyətini hər hansı çərçivə ilə məhdudlaşdırmır. Müller Rusiyanın seçkiyə müdaxiləsini, prezidentin yaxın çevrəsinin Rusiya ilə əlaqələrini araşdırmaqla bərabər, həm də Trampın və onun çevrəsinin maliyyə sənədlərini, eləcə də sabiq FBİ rəhbəri Ceyms Kominin işdən uzaqlaşdırılmasının ədalət mühakiməsinə prezident tərəfindən müdaxilə olub-olmadığı məsələsini də araşdırır. Yəni, təhqiqat getdikcə böyüyür və genişlənir. Müllerin yaratdığı istintaq qrupunda təxminən 30 təcrübəli müstəntiq təmsil olunur və onların arasında həm böyük terror hadisələri (məsələn, 11 sentyabr olayı), həm də iri maliyyə fırıldaqları ilə bağlı cinayət işlərinin istintaqını aparmış peşəkar kadrlar var. Bütün bunlar ondan xəbər verir ki, Müller hansısa izə düşüb və axıra qədər getmək fikrindədir”.

Картинки по запросу

Ş.Cəfərlinin fikrincə, əgər bu cinayət işinin yekununda istər Rusiya ilə gizli əlaqələr, istərsə də maliyyə pozuntuları ilə bağlı sübutlar ortaya çıxarılarsa, yaxud prezidentin ədalət mühakiməsini əngəllədiyi sübut olunarsa, impiçment məsələsi gündəmə gələ bilər: “Son proseslər göstərir ki, artıq respublikaçıların Trampa olan etimadı sarsılmaqdadır. Əslində respublikaçı elitanın Trampa güvənmədiyi sirr deyildi, ötən müddətdə isə bu güvən daha da azalıb. Təkcə sonuncu 2 faktı xatırlatmaq yetərlidir. Məlumdur ki, Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi barədə yeni qanunda prezidentin səlahiyyətləri məhdudlaşdırılıb. Yəni, Tramp artıq Konqresin icazəsi olmadan Rusiyaya qarşı sanksiyaları ləğv edə bilməz. İkinci hadisə isə budur ki, Senat tətilə çıxmazdan əvvəl xüsusi prosedura tətbiq edərək prezidentin senatorlar tətildə olduğu müddətdə yeni təyinat həyata keçirməsini əngəllədilər. Hər iki məsələ demək olar ki, yekdilliklə qəbul olundu. Bu, respublikaçıların Trampa etimadsızlığının bariz göstəricisidir. Əhali arasında populyarlığı da minimal səviyyədə olan Tramp artıq respublikaçılar üçün ağır yükə çevrilir. Bu isə o deməkdir ki, impiçment üçün siyasi zəmin tədricən yaranmaqdadır və kifayət qədər hüquqi əsas olacağı təqdirdə, bu mexanizmin işə düşməsi mümkündür”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN