SON DƏQİQƏ

Təsəlli

Karikatura

‘Kanal 13’ün üçüncü əməkdaşının da həbs edildiyi deyilir

Tarix:31-12-2023, 13:42

“Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edən Şamo Eminovun həbs olunduğu bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Dürdanə Eminova məlumat verib. O qeyd edib ki, Ş.Eminov dekabrın 22-də saxlanıb: “Şamo bəy evdən müsahibə almaq üçün çıxıb, elə yoldan tutub aparıblar”.

“Qorxumdan evdə yata da bilmirəm”

D.Eminovanın sözlərinə görə, elə həmin gün axşam evlərində axtarış aparılıb: “Mən evdən çıxıb qızımgilə getmişdim. Axşam mənə polisdən zəng gəldi ki, yoldaşınız buradadır, məndən onun diplomunu gətirməyimi istədilər. Mən də evə diplom götürməyə getdim, qapıdan içəri girəndə gördüm ki, yoldaşımın noutbuku yoxdur, ev dağınıq vəziyyətdədir. Bütün əşyalarını axtarıb töküblər. Qorxumdan evdə yata da bilmirəm”.
D.Eminova bildirib ki, beş gün yoldaşının sonrakı aqibətindən xəbəri olmayıb: “Yalnız dünən, dekabrın 26-da iki-üç dəqiqəlik zəng vurdu, dedi ki, vəkil tutaq, qaçaqmalçılıqda ittiham olunur, barəsində 3 ay 5 gün müddətinə həbs-qətimkan tədbiri seçilib”.
Bu açıqlamaya, hələlik, nə Daxili İşlər Nazirliyi, nə də başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olub.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN