SON DƏQİQƏ

Təsəlli

Karikatura

İ L İ N İ Q T İ S A D İ Y E K U N L A R I

Tarix:31-12-2023, 13:37

İqtisadi İnkişaf İnstitutunun rəhbəri Məhəmməd Talıblı
İli başa vururuq… Böyük mənada, torpaqların qaytarılması baxımından ölkəmiz üçün uğurlu il oldu. Ordumuzun uğurlu antiterror əməliyyatları nəticəsində işğal altında olan torparlaqrımıza qovuşduq.
Bundan əvvəlki ildə də (2020) Qarabağda uğurlu hərbi əməliyyatlarla hökumət özünü vazkeçilməz kimi hiss etməyə başladı. Lakin hərbi müstəvidə əldə edilən uğurlar üçün hökumət eyni zamanda cəmiyyətdən daha çox qopdu.
Özünü cəmiyyətdən daha çox ayrı təsəvvür etməyə başladı. Özünün cəmiyyət qarşısında hesabatlı olmaq yerinə cəmiyyətin hökumətə borclu olduğu düşüncəsini açıq sürətdə hiss etdirməyə başladı.
Məhz buna görə hərbi gücdən kənar sosial-iqtisadi sferada islahatlar aparmaq ehtiyacın hiss etmədi. Və nəhayət cəmiyyətin iqtisadi həyatında geriləmələr artdı, sosial rifahın pisləşməsi, qiymət artımları və s. kimi çoxlusayda neqativ tendensiyalar gücləndi.
İlin iqtisadi yekunlarını təhlil etməmişdən öncə iqtisadi analizləri ilə ölkəmizin ən tanınmış iqtisadçılarından sayılan Qubad İbadoğlunun həbsini qeyd etmədən də mövzuya keçmək yerində olmaz.
Ona görə ölkə ictimaiyyəti üçün bu ötən ili iqtisadi maariflənmənin itirldiyi il kimi də qiymətləndirmək daha doğru olardı.
Azərbaycanın 2023-cü ilin son 10 aylıq göstəricilərinə görə iqtisadi artım tempi 0,8% təşkil etdi. Bir illik yekun nəticələrə görə isə bu rəqəm ən yaxşı halda isə 1%-dən yuxarı olmayacaq. Bu böyük neft hasilatı mərhələsini yaşadığımız illərdə yalnız 2017-ci illə (0,1%) müqayisə oluna bilər.
Açıqlanmış 0,8%-lik ÜDM-nin nisbi genişlənməsi MDB məkanında ən aşağı makroiqtisadi göstəricilərdən sayılır. Bunun əsas səbəbi neft hasilatının aşağı düşməsi fonunda digər makroiqtisadi göstəricilərin bu vəziyyətə düşüməsi oldu.
Təbii resursa dayalı iqtisadi sistemlərdə hər zaman belə olur.
Ötən il rəsmi inflyasiya səviyyəsi 13%-ə yaxın oldu. 2023-cü ilin ilk altı ayı ərzində orta illik inflyasiya göstəricisi 12,7% səviyyəsində olduğu açıqlanıb.
Ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksində cari ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1%-lik artım olub.
Heç şübhəsiz ki, real inflyasiya həddi bundan yüksək olub. Real əməkhaqqı artımları olmadığı üçün inflyasiya insanların gəlirlərini “yeməkdə” davam etdi.
Digər makroiqtisadi indikatorlar üzrə də qeydlər yazmaq olar.
Lakin ümumiləşdirilmiş tendensiyaları əsasən bu 2 mühüm faktor müəyyənləşdirmişdir.
Hökumətin fəaliyyət istiqamətləri müxtəlif ola bilər. Amma mənim fikrimcə 2024-cü ilin ən mühüm sosial-iqtisadi hədəfi düşmən üzərində qələbənin təmin edilməsi üçün ictimai konsensusu ən mükəmməl şəkildə ifadə etmiş millətimizə ən yüksək sosial rifahı və yüksək həyat təminatını yaratmaqdan ibarət olmalıdır. Millətimiz ən yüksək rifaha və yaşam standartlarına tamamilə haqq edir və bunu təmin etməli olan hökumətdən bunu tələb etmək haqqını da özündə saxlayır.
Uzun illər Qarabağ üçün dözən millətimizin indi yalnız səbr limiti qalıb. Onu da istismar etməyək. Millətimiz üçün hərtərəfli açılımlar lazımdır.
Siyasi və iqtisadi azadlıqların coğrafiyasını genişləndirməliyik. Empirik tədqiqatlar sübut edib ki, bu iki qarşılıqlı əlaqəni ustalıqla bacaran dövlətlər millətlətlərinin adını dünyanın sivil millətlərin sırasına yazdıra biliblər.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN