SON DƏQİQƏ

Dövlət Departamentindən Qarabağı unutmadıqlarını bildirirlər

Tarix:11-11-2023, 11:46

Azərbaycan və Ermənistan arasında sülh Amerika Birləşmiş Ştatları (ABŞ) üçün prioritet olaraq qalır. Bu barədə noyabrın 7-də ABŞ Dövlət Departamentindən bildiriblər.
“Dünyada baş verən hər şeydən əlavə olaraq, bu iki ölkə arasında sülh bizim üçün, dövlət katibi Blinken üçün prioritet olaraq qalır”, – mətbuat katibinin müavini Vedant Patel brifinqdə “Turan” müxbirinin Vaşinqtonun Qarabağla bağlı daha bir sammit keçirməyi planlaşdırıb-planlaşdırmadığı haqqında sualına cavabında bildirib.
Bundan əvvəl Vaşinqton bir neçə dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh danışıqlarına ev sahibliyi edib.
“Dövlət Departamenti bununla məşğul olmağa davam edir”, – deyən Patel təfərrüatları açıqlamayıb.
ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Brüssel formatını dəstəkləyir. Amma son aylar bu formatda danışıqlara aid bir sıra təşəbbüslər nəticə verməyib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN