SON DƏQİQƏ

AİHM Seymur Həzi və digər 4 fəala qarşı işgəncələri tanıyıb

Tarix:6-11-2020, 16:46

Ötən gün Avropa İnsan Hüquqları Məhkəməsi “Həziyev və başqaları Azərbaycana qarşı” işi üzrə qərarı elan edib.

Söhbət işgəncə ilə bağlı şikayətlərdən, siyasi və vətəndaş fəallarının - Seymur Həzi, Məğrub Bədəlli, Abdulla Yolbarsoy, Məmməd Əzizov və Murad Ədilovun əsassız həbsindən gedir:

AİHM S.Həziyə 12000 avro, M.Bədəlliyə 9750 avro, A.Yolbarsoya 7500, digər iki nəfərin hər birinə 2000 avro məbləğində təzminatın ödənilməsi barədə qərar çıxarıb. Bu barədə AİHM-də S.Həzini və M.Əzizovu təmsil edən vəkil Fariz Namazlı məlumat verib.


Qeyd edək ki, S.Həzi ölkənin aparıcı müxalifət partiyalarından biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinidir. O 2014-cü ildə xuliqanlıq ittihamı ilə həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilmişdi və bu cəza müddətini tam çəkib.

S.Həzi hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmışdı. (Turan.az)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN