Cümə axşamı Qarabağ separatçılarının lideri Arik Arutyunyan gözlənilmədən və çaxnaşmaya düşərək bəyanatla çıxış edib.
O, bütün ermənilərə videomüraciətində deyib: “Düşmən buradan cəmi bir neçə kilometr məsafədə, maksimum 5 kilometr məsafədədir və düşmənin ən ümdə vəzifəsi Şuşanı ələ keçirməkdir, Şuşaya sahib olmaqdır. Necə deyərlər, “Şuşaya kim nəzarət edirsə, Arsaxa da o nəzarət edir”.
Ali baş komandan kimi sizi bir daha birləşməyə və Şuşamızı, Arsaxımızı, milli ləyaqətimizi qorumağa çağırıram”, - Araik Arutyunyan bildirib.
Qeyd edək ki, indiyədək bütün səviyyələrdə ermənilər qəti əks-hücuma hazır olduqlarını, Azərbaycanın hücumunun yatırıldığını, ermənilərin hər zaman olduğundan daha böyük ruh yüksəliyində olduğunu iddia edirdilər.
Sonxeberler.info