Sonxeberler.info Turan.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ və Ermənistan ərazisində kürd terrorçuların radio danışıqlarının ələ keçirildiyi barədə məlumat yayıb.
DTX-nin məlumatına görə, həmin səs yazılarında Suriyadan gətirilmiş kürd terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır.
Azərbaycan xüsusi xidmətlərinin məlumatına görə, Qarabağda və Ermənistanda Suriya və Yaxın Şərqdən gətirilmiş yüzlərlə kürd və etnik erməni olan terrorçu var.
Sonxeberler.info