SON DƏQİQƏ

Azərbaycana COVİD-19 əleyhinə vaksin gətirilməsinə dair saziş imzalanıb

Tarix:21-09-2020, 13:30

Azərbaycan Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVİ təşkilatı (Global Alliance for Vaccines) COVİD-19 peyvəndinin təminatı haqqında sazişlər imzalayıblar.

ÜST tərəfindən təsdiq edilmiş vaksin istehsalından sonra digər iştirakçı dövlətlərlə yanaşı, Azərbaycan da vaksinlə təmin olunacaq, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatında deyilir.


Birinci mərhələdə əhalinin 20% -nin peyvənd edilməsi epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. Vaksin virusdan 50% qorunmaya və minimum yan təsirlərə malik olmalıdır, məlumatda qeyd edilir.

GAVI təşkilatı 2000-ci ildə yaradılıb. Mərkəzi ofisi Cenevrədə yerləşir.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN