SON DƏQİQƏ

Lufthansa Bakıya uçuşları bərpa edəcək

Tarix:31-08-2020, 17:12

Almaniyanın Lufthansa aviasiya şirkəti Frankfurt-Bakı-Frankfurt marşrutu üzrə uçuşları bərpa edir. Şirkətin sentyabrın 1-dən oktyabrın 24-nə qədər uçuş həyata keçirmək tələbi təmin edilib.

Bakı Beynəlxalq Hava Limanından verilən məlumata görə, aviareyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günləri həyata keçiriləcək. Sərnişinlər reyslərə müəyyən şərtlər əsasında buraxılacaq.

Belə ki, Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər Bakıya gələ biləcək:

- Azərbaycandakı diplomatik nümayəndəliklərin və konsulluqların əməkdaşları və rəhbərləri və onların ailə üzvləri;

- Ailə üzvləri (həyat yoldaşları, valideynləri və ya azyaşlı uşaqları) Azərbaycan vətəndaşı olan əcnəbilər;


- Azərbaycanda iş icazəsi olan əcnəbilər;

- Azərbaycanda daimi yaşayış icazəsi olan əcnəbilər;

- Azərbaycan ali məktəblərində təhsil alan əcnəbi tələbələr.

Qeyd edək ki, hazırda Azərbaycandan İstanbul, London, Berlin və Minskə xüsusi reyslər həyata keçirilir.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN