SON DƏQİQƏ

Heyvan müdafiəçilərinin aksiyasının qarşısı alınıb

Tarix:27-08-2020, 17:39

Bu gün, avqustun 27-də polis paytaxt Bakının Nərimanov rayonunda heyvan müdafiəçilərinin aksiyasının qarşısını alıb, iki aksiya iştirakçısı saxlanılıb.

Aksiya Ziya Bünyadov prospekti yaxınlığında tərk edilmiş tikinti zonasında 6 küçə itinin öldürülməsi ilə əlaqədar keçirilib.
Heyvan müdafiəçilərinin aksiyasının qarşısı alınıb
Heyvan müdafiəçiləri aksiya keçirir

Aksiyanın təşkilatçısı ictimai fəal Nicat İsmayılovun sözlərinə görə, itlərə peyvənd vurulmuşdu, onlar axtalanmışdı, sağlam idi və ətrafdakılar üçün təhlükə təşkil etmirdi. Könüllülər müntəzəm olaraq onları yedirdirdi.

İsmayılovun iddiasına görə, itlər küçə itlərinə qayğı mərkəzinin əməkdaşları tərəfindən öldürülüb.

İsmayılov yarımçıq tikilmiş binalardan birinə damına çıxıb və “Bizi öldürməyin!” şüarı yazılan plakat asıb. Amma mülki geyimli şəxslər və polis əməkdaşları İsmayılovu və onu müdafiə edən daha bir fəalı saxlayıblar. (amerikaninsesi.org)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN