SON DƏQİQƏ

Türkiyə Qarabağda Azərbaycanı dəstəkləyəcək – Çavuşoğlu

Tarix:11-08-2020, 19:41

Ankara Qarabağda Azərbaycanın istənilən addımlarını dəstəkləyəcək, bu barədə Türkiyə XİN başçısı Mevlüt Çavuşoğlu çərşənbə axşamı Ankarada keçirilən brifinqdə bildirib.

Milliyet qəzetinin nəşrinə əsasən, Türkiyə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq əsasında nizamlanmasını dəstəkləyir.

“Azərbaycan hansı qərarı qəbul edərsə etsin, biz onu dəstəkləyəcəyik”, deyə Çavuşoğlu Azərbaycan XİN başçısı Ceyhun Bayramova birgə mətbuat konfransında bildirib.

Daha sonra Çavuşoğlu Ermənistanı “münaqişənin nizamlanmasından yayınmaqda” ittiham edib, ATƏT-in Minsk Qrupunun isə münaqişənin nizamlanması üçün kifayət qədər səy göstərmədiyini qeyd edib.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN