Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) 34 saylı seçki dairəsi üzrə yeddi məntəqəsində - 1, 2, 3, 4, 18, 30 və 35 saylı məntəqələrdə səsvermənin nəticələrini ləğv edib.
36 məntəqəsi olan bu DSK-dan Mixail Zabelin lider namizəddir.
Fevralın 13-də MSK 4 seçki dairəsinin nəticələrini ləğv etmişdi. Həmin dairələrdə Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Rauf Arifoğlu və Çingiz Qənizadə lider namizədlər idi.
Bəzi deputatlığa keçmiş namizədlər 9 fevralda keçirilmiş parlament seçkisində nəticəni şübhə altına ala bilən çoxlu qanun pozuntusunun baş verdiyini iddia edirlər.
Azərbaycanda növbədənkənar seçkilər: "Nəzarət bərpa olundu, loyallar arxayın edildi, sistem özünü təsdiqlədi"
"Göz qabağındadır hər şey... dəstə ilə bülleten salırlar ora" - Bakıda sorğu
İlham Əliyev: "Seçkilərin legitimliyini şübhə altına alan hər hansı bir pozuntu olmayıb"
Bazar günü Bakıda seçki nəticələrindən narazı olan bir qrup siyasi fəallar və deputatlığa keçmiş namizəd MSK-nın qarşısında keçirdikləri aksiyada parlament seçkisinin bütün dairələr üzrə nəticəsinin ləğvini tələb ediblər.
Polis aksiyada 100-dən çox şəxsi saxlayaraq ərazidən uzaqlaşdırıb.
Fevralın 9-da keçirilmiş erkən parlament seçkisində 1300-dən çox namizəd iştirak edib.
Prezident İlham Əliyev seçkidə "narahat edici" məqamların olmadığını, qanun pozuntularına yol verənlərin cəzalandırılacağını bildirib.
Milli Məclisi 2019-cu ilin dekabrın 5-də hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə buraxılıb. (BBC.com)