SON DƏQİQƏ

ABŞ səfirliyi “Qara yanvar”ın 30-cu ildönümü haqda

Tarix:20-01-2020, 15:15

ABŞ-ın Azərbaycandakı səfirliyi 20 yanvar 1990-cı il qanlı hadisələrin 30-cu ildönümü ilə əlaqədar səfirliyin Facebook səhifəsində yazı dərc edib.

“30 il öncə bu gün Azərbaycan televiziyasının enerji bloku partladıldı və bu, respublikada televiziya və radio yayımına son verdi, telefon rabitəsi kəsildi.

Azərbaycan xarici aləmdən təcrid edildi və Kremlin göstərişi ilə 26 minlik ordu Bakıya daxil oldu. Rəsmi məlumatlara görə, 147 nəfər həlak oldu, 800 nəfər vətəndaş yaralandı”, - yazıda deyilir.

Ölkənin tam informasiya blokadasında olduğu dövrdə Mirzə Xəzərin rəhbərliyi altında “Azadlıq” radiosunun Azərbaycan xidməti xüsusi rol oynadı.

O dövrdə məhz “Azadlıq” radiosu yeganə informasiya mənbəyi idi və Bakı haqda həqiqətləri dünyaya çatdırırdı, yazıda qeyd olunur. (Turan.az)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN