SON DƏQİQƏ

ABŞ kəşfiyyatı: Ukrayna təyyarəsi İranın iki raketi ilə vurulub

Tarix:10-01-2020, 16:14

İranda qəzaya uğrayan Ukraynaya məxsus “Boinq” təyyarəsi bir İran raketi ilə deyil, iki raket ilə vurulub. Amerikanın CNN və ABC telekanalları Amerika kəşfiyyatındakı mənbələrə istinadən məlumat veriblər.

Yanvarın 8-də baş vermiş qəza nəticəsində təyyarədəki 176 nəfərin hamısı həlak olub.

CNN-dəki mənbəyə görə, hər iki raket “Top” zenit-raket kompleksindən atılıb. O əlavə edib ki, ABŞ İran radarının təyyarəni vurmadan öncə hədəfə aldığını qeydə alıb.

ABŞ kəşfiyyatı əmindir ki, İran radarın köməyilə Ukrayna təyyarəsini izləyib və onu vurmaq üçün iki “yer-hava” raketi atıb.

Bundan öncə Kanada və Böyük Britaniyanın baş nazirləri xüsusi xidmət orqanlarının məlumatına istinadən bildirmişdilər ki, təyyarə Rusiyada hazırlanmış İrana məxsus “Top” ZRK tərəfindən vurulub.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN