“Hərəkat” seçki blokunun üzvü Toğrul Vəliyevin 23 saylı Nəsimi-Səbayel seçki dairəsində deputatlığa namizədliyi qeydiyyata alınıb. Bu qərarı yanvarın 6-da dairə seçki komissiyası qəbul edib.
T.Vəliyev bildirib ki, yanvarın 4-də seçki komissiyasına çağırılıb və orada namizədliyinin qeydiyyata alınması üçün 4 imzanın əskik olması barədə məlumat veriblər. Lakin o, bütün imzaların təkrar yoxlanmasını tələb edib. Bu gün komissiya T.Vəliyevin deputatlığa namizədliyini qeydiyyata alıb. (Turan.az)