SON DƏQİQƏ

MSK: Mehman Hüseynov bələdiyyə seçkilərində qalib deyil (yenilənib)

Tarix:24-12-2019, 12:07

MSK-nın saytındakı rəsmi məlumata görə, bloger Mehman Hüseynov 31 saylı Suraxanı ikinci seçki dairəsində bələdiyyə üzvü seçilməyib. MSK-nın versiyasına görə, daha çox səs toplayan 17 nəfərin arasında onun adı yoxdur.

M.Hüseynov bildirib ki, nəticələr saxtalaşdırılıb, əksər ərazilərdə onun müşahidəçilərini səslərin hesablanmasına buraxmayıblar.


Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində qalib gəldiyini bildirib

Bazar ertəsi Qaraçuxur qəsəbəsi bələdiyyə şurasına yerli seçkilərdə namizədliyini irəli sürən bloger Mehman Hüseynov bildirib ki, səslərin sayılmasının yekunlarına əsasən liderlər sırasındadır. Bu barədə o, Facebook səhifəsində yazıb.

M.Hüseynovun sözlərinə görə, 37 seçki məntəqəsindən ən azı 7-də digər namizədlərdən böyük fərqlə birinci yeri tutur.

M.Hüseynovun müşahidəçilərinin məlumatına görə, o, bir çox başqa məntəqələrdə də səs çoxluğu qazanıb, lakin hələlik onların yekunları protokollarda rəsmi əksini tapmayıb.

Bələdiyyə seçkilərində ən çox səs toplayan namizəd qalib hesab olunur.

MSK rəsmi nəticələri 5 gün ərzində yekunlaşdıracaq.

Bununla belə, Bakının Binəqədi qəsəbəsi bələdiyyə şurasına namizəd ictimai fəal Rəbiyə Məmmədova onun dairəsində kütləvi saxtakarlıqların olduğunu və səslərin hesablanması zamanı müşahidəçilərin kənarlaşdırıldığını bildirib.

Turan.azскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN