SON DƏQİQƏ

ABŞ səfiri parlament seçkiləri və Senatın soyqırıma dair qətnaməsi barədə

Tarix:13-12-2019, 12:49

ABŞ-ın Bakıdakı səfiri Li Litsenberger Azərbaycanın ATƏT/DTİHB müşahidəçi missiyasını 9 fevral parlament seçkilərinə dəvət etməsini alqışlayıb.

Cümə günü jurnalistlərlə söhbətində səfir ümidvar olduğunu bildirib ki, yeni parlamentdə qadınların, o cümlədən sahibkarların sayı çox olacaq.

Azad və demokratik seçkilər ölkəni irəliyə apara bilər. “Biz beynəlxalq və yerli müşahidəçilər tərəfindən seçkilərin monitorinqi üçün hökumətin hər cür şərait yaradacağını gözləyirik”, - səfir deyib.

O həmçinin ABŞ Senatının “1915-ci ildə erməni soyqırımı”nın tanınması haqda qəbul etdiyi qətnaməyə münasibət bildirib.

Litsenberger qeyd edib ki, qətnamə Ağ Evin rəsmi siyasətini əks etdirmir. O deyib ki, ABŞ və Türkiyə müttəfiq olaraq qalır, eyni zamanda NATO-da.

“Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik”, -ABŞ səfiri vurğulayıb. (Turan.az)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN