Bu gün Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-nə təyin etdiyi piketlə bağlı müraciətinə mənfi cavab verib.
Meriya öz qadağasını ərazidə təhsil müəssisələrinin olması, piyadaların sıxlığı və nəqliyyatın hərəkətinin intensivliyi ilə əlaqələndirib.
Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da BŞİH-in binası qarşısında piketin keçirilməsinə qərar verib. Piketdə Azərbaycanda sərbəst toplaşma azadlığının təmin olunması nəzərdə tutulur.
Müsavat Partiyasından əldə etdiyimiz məlumata görə, meriyanın qanunsuz qərarına rəğmən aksiya keçiriləcək.
Basta