Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov “Şərq tərəfdaşlığı”nın 10 illik yubileyinə həsr olunmuş nazirlər toplantısında iştirak etmək üçün İsveçə gedib. Bu barədə XİN mətbuat xidməti məlumat yayıb.
Görüş noyabrın 4-6-da proqramın yubileyinə həsr olunmuş konfrans çərçivəsində keçiriləcək. “Şərq tərəfdaşlığı”na Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukrayna daxildir.
Sonxeberler.info