Klassik Xalq Cəbhəsi Partiyası noyabrın 2-də “İstefa!” şüarı ilə mitinq keçirilməsini dəstəkləyir və partiya üzvləri bu aksiyada iştirak edə bilərlər. Bu qərar oktyabrın 28-də bu müxalif partiyanın İdarə Heyətinin iclasında qəbul edilib.
KXCP-nin Turan agentliyinə göndərilmiş press-relizində deyilir ki, İdarə Heyətinin üzvləri Azərbaycan prezidentinin Qoşulmama Hərəkatının iclasında 1992-93-cü illər AXC hakimiyyəti haqqında bəyanatını kəskin şəkildə pisləyiblər və ondan bu cür çıxışlara son qoymağı tələb ediblər. (Turan.az)