SON DƏQİQƏ

«İnsan Hüquqları Evi» Bakıda dinc nümayişçilərə qarşı zorakılığı pisləyib

Tarix:24-10-2019, 16:23

Beynəlxalq "İnsan Hüquqları Evi" Fondu oktyabrın 19-20-də Bakıda dinc nümayişçilərə qarşı zorakılığa görə Azərbaycan hakimiyyətini tənqidə məruz qoyub.

Təşkilatın bəyanatında hakimiyyətə həbs edilənləri dərhal azad etmək; hədsiz güc tətbiqi faktlarının obyektiv araşdırmasını həyata keçirmək və bunda təqsiri olanları cəzalandırmaq; Bakının mərkəzində aksiya keçirmək qadağalarını aradan qaldırmaq; aksiya keçirilməsi haqqında xəbərdarlıq prosedurunu beynəlxalq standartlara uyğunlaşdırmaq; toplaşmaq azadlığı hüququna hörmət etmək və vətəndaşların dinc etirazlar keçirməsi üçün yerlər ayırmaq çağırışı yer alır.

Fond həmçinin Azərbaycan hakimiyyətini beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərinə hörmət etməyə və fundamental insan hüquqlarını təmin etməyə çağırıb.(Turan.az)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN