SON DƏQİQƏ

Yerevanda Donald Tuskun Qarabağ münaqişəsinə dair bəyanatı

Tarix:10-07-2019, 16:20

Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz, beynəlxalq hüquq normalarına uyğun siyasi həll lazımdır. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk çərşənbə günü Yerevanda brifinqdə bildirib.

Onun sözlərinə görə, Aİ Qarabağ nizamlanmasına dair danışıqların dinamikasından və tərəflərin xalqları sülhə yaxınlaşdırmağa hazır olmasından ruhlanıb.

"Biz münaqişə zonasında qurbanlar və eskalasiya ilə bağlı ATƏT-in Minsk Qrupunun narahatlığını bölüşürük. Tərəflər təmkinli olmalı, real danışıqların davam etməsinə xidmət edən atmosferin bərpası üçün tədbirlər görməlidir, RİA Novosti Tuskdan sitat gətirib.

Aİ ATƏT-in Minsk Qrupu vasitəçilərinin münaqişənin Helsinki Yekun Aktının əsasında ədalətli və uzunmüddətli həllinə, həmçinin sülhə nail olunmasına və xalqların sülhə hazırlanmasına yönələn səylərinə yardım göstərməyi davam etdirir", - o bildirib.

Ötən gün Bakıda D.Tusk qeyd edib ki, Aİ Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır, münaqişənin beynəlxalq standartlar əsasında həllinə tərəfdardır. (Turan.az)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN