SON DƏQİQƏ

Müsavat Partiyasının piket keçirməsinə icazə verilməyib

Tarix:15-07-2019, 18:53

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyası Gənclər Komitəsinə iyulun 17-də İran səfirliyinin qarşısında piket keçirməyə icazə verməyib. Bu barədə partiyanın mətbuat katibi Mustafa Hacıbəyli məlumat verib. Onun sözlərinə görə, aksiya İranla Ermənistan birgə silah istehsalına qarşı keçirilməli idi.

Şəhər administrasiyası aksiyanın keçirilməsini məqsədəuyğun saymayaraq gənclərə etirazla bağlı İran səfirliyinə yazılı müraciət etməyi tövsiyə edib.

Müsavat Partiyası piketdən imtina edilməsini sərbəst toplaşma hüququnun pozulması kimi qiymətləndirib və Azərbaycan hökumətindən İranla Ermənistanın birgə silah istehsalına münasibət bildirməyi tələb edib. (Turan.az)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN