SON DƏQİQƏ

Azad Həsənovun məhkəməsinin uzadılmasına Müsavatdan etiraz

Tarix:22-07-2019, 16:27

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Müsavat İcra Aparatının rəhbəri Gülağa Aslanlı ötən həftə görülən işlər haqqında məlumat verib.

Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-ın Azərbaycandakı səfirliyinin 1-ci müavininin xidmət müddətinin bitməsi ilə əlaqədar səfirin evində keçirilmiş tədbirdə iştirakı, müzakirə olunan məsələlər barədə danışıb.

Müsavat başqanının müavini Razim Əmiraslanlı Müsavat Gənclər Təşkilatının “İranın Ermənistanla silah istehsalına son”, “Abbas Lisaniyə azadlıq” şüarları ilə İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında keçirmək istədiyi icazəsiz piketin polislər və mülki şəxslər tərəfindən dağıdılması barədə məlumat verib və gənclərin bu aksiyası təqdirəlayiq hesab edilib.

Yığıncaqda İstiqlalçı millət vəkili, mərhum Məryəm xanım Həsənovanın şeirlər kitabının çapa verilməsi barədə məlumat verilib və bu işdə əməyi olanlara təşəkkür edilib.

Divan üzvü, vəkil Osman Kazımov müsavatçı siyasi məhbus Azad Həsənovun bu gün keçirilən məhkəmə prosesi və prosesin təxirə salınmasının səbəbləri haqqında Divan üzvlərinə məlumat verib. Divan Azad Həsənovun məhkəmə prosesinin dəfələrlə təxirə salınmasını siyasi ayrı-seçkiliyin və qərəzin təzahürü hesab edir.

İclasda Milli Mətbuat günü münasibətilə hal-hazırda qanunsuz və əsassız həbs olunmuş Əfqan Muxtarlı, Seymur Həzi başda olmaqla həbsxanada saxlanılan və digər demokratiya, ədalət, ifadə azadlığı uğrunda mübarizə aparan bütün jurnalistlər bayram münasibətilə təbrik edilib, ölkədə azad sözün acınacaqlı durumu müzakirə edilib.

Divan qurultaya hazırlıq işlərini müzakirə edərək yığıncaq və ya konfrans keçirməyən təşkilatlarda avqustun sonuna qədər toplantıların keçirilməsinin vacibliyini bildirib.

İclasın sonunda ölkədə, regionda və dünyada baş verən hadisələr və gedən proseslər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlərə baxılıb. (Basta)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN