SON DƏQİQƏ

ATƏT-in Cənubi Qafqazda KİV məsələləri üzrə konfransı

Tarix:1-10-2019, 17:35

Oktyabrın 9-10-da Tbilisidə ATƏT-in Cənubi Qafqazda KİV məsələləri üzrə konfransı olacaq. Konfransda region ölkələrinin KİV nümayəndələri, rəsmi şəxslər, beynəlxalq ekspertlər iştirak edəcəklər.

Tədbir iştirakçıları regionun media-landşaftı kontekstində KİV azadlığı sahəsində vəziyyəti müzakirə edəcəklər.

Dörd paneldə aşağıdakı mövzular müzakirə olunacaq: xəbərlərin yaradılması, rəqəmsallaşma dövründə keyfiyyətli jurnalistika və kütləvi informasiya vasitələri; bütün siyasi dönəmlərdə jurnalistlərin təhlükəsizliyi; KİV azadlığı və plüralizm üçün mühit.

Konfransı ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir Gürcüstanın xarici işlər naziri ilə birlikdə açacaq. (Turan.az)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN