SON DƏQİQƏ

Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb

Tarix:23-09-2019, 17:48

Sonxeberler.info Azadliq.org-a istinadən bildirir ki, 16 saylı cəzaçəkmə müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlı sentyabrın 22-dən aclıq aksiyasına başlayıb. Əfqan Muxtarlının aclıq aksiyasına başlamasının səbəbini vəkili Nemət Kərimliyə qanunsuz münasibətlə izah etdiyini deyib:

“Bununla bağlı Əfqan Muxtarlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, sentyabrın 20-də vəkili Nemət Kərimliyə qarşı qanunsuzluğa və zorakılığa etiraz əlaməti olaraq aclıq aksiyasına başlayır. O, həmçinin, qeyd edib ki, rəis müavini Emin Əliyev siyasi məhbuslara qarşı qanusuzlugu ilə seçilib, bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olmuş müavini Məmməd İbrahimə qarşı zorakılıq edib. Bəyanatda vurğulanıb ki, onun barəsində prokurorluğa olan şikayətlər araşdırılmır. Jurnalist habelə tələb edir ki, baş vermiş hadisə obyektiv araşdırılsın. Onun fikrincə, vəkilə qarşı olanlar onun hüquqlarını pozmağa yönəlib. Əfqan Muxtarlı qeyd edib ki, əvvəllər Nemət Kərimli bir il müddətinə vəkillikdən mərhum edilib…”.

Əfqan Muxtarlını aclığa başladığını Penitensiar Xidmət də təsdiqləyib. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Azadlıq radiosuna deyib ki, Əfqan Muxtarlıdan aclığa başlayacağı ilə bağlı məktub alıblar.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN