Bu gün məhkəmə iclasından sonra bir qrup fəal Mərkəzi Parkda “Azad Həsənova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları qaldırararq etiraz aksiyası keçirib. Fəallar həmçinin “Azadlıq!”. “İstefa!”, “Siyasi məhbuslara azadlıq!”, “Azad Həsənova azadlıq!” şüarları səsləndirərək park boyu bir neçə yüz metr irıliləyib. Bu zaman polis müdaxilə edib, şüarları cırıb, bir neçə fəal saxlanılıb.
“Azad Həsənova Azadlıq!” aksiyası polis zorakılığı ilə dağıdıldı. Elman Quliyev,Elikram Xurshidov, Tahir Axundov, Nurlan Libre və Fatimə Mövlamlı, Tofiq Memedov, Mətanət Məlahət, Könül Alı və başqaları saxlanıldı. Nəsimi rayon 21.ci polis bölməsinə aparılırıq” – deyə aksiya iştirakçısı Fatimə Mövlamlı məlumat yayıb.
Daha sonra bir neçə jurnalist və müsavatçı xanım İnnab Vəlizadə sərbəst buraxılıb.
Basta əməkdaşı Fərid Hüseynli, eləcə də Müsavat fəaları Elman Quliyev, Əli Həsənli, Fərid Hüseynli, Tahir Axundov, Namiq Niftiyev və AXCP fəalı Tofiq Məmmədov hələ 21-ci polis bölməsindədirlər.
Azad Həsənov 2014-cü ildən Litvada mühacir həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrın 11-də Bakıya gəlib və həmin gün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu ittiham sübut olunarsa onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.
A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür.
Müsavat Partiyası onun həbsinin qurama və siyasi motivli olduğunu bəyan edib.
Basta