İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə vəkil Osman Kazımovun Azad Həsənovun cinayət işinə xitam verilməsi ilə bağlı vəsatətini təmin etməyib. Növbəti iclas avqustun 5-də olacaq.
Osman Kazımov bildirib ki, vəsatət müzakirə olunarkən onun və Azad Həsənovun fikri öyrənilməyib.
“Bu müdafiə hüququnun pozulmasıdır. Bu da onunla bağlııdır ki, məhkəmə çaş-baş vəziyyətindədir. Hansı qərar qəbul edəcklərini bilmirlər. Bu il mayın 7-də Bakı Baş Polis İdarəsinin qeydiyyat kitabından çıxarışın məhkəməyə təqdim olunması ilə bağlı məhkəmə qərarına polis idarəsi hələ cavab verməyib. Bu hal İlham Əliyevin məhkəmə islahatları barədə dediklərinin bir göstəricisidir. Hər hansı islahatdan söhbət gedə bilməz”, o qeyd edib.
Azad Həsənov artıq 8-ci gündür məhkəmənin uzadılmasına etiraz olaraq aclıq edir.
“Biz aclığı dayandırması üçün Müsavat Patiyasının müraciətini ona çatdırdıq. Həsənov aclığı sonadək davam etdirəcəyini bildirdi,” Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.
Hacılı da məhkəmənin qəsdən uzadıldığını bildirib.
“Azad Həsənov heç bir cinayət törətməyib. O Müsavat Partiyasının üzvü olduğu, azadlıqlar, hüquqi dövlət qurulması uğrunda mübarizə apardığına görə həbs edilib,” Müsavat başqanı deyib.
Basta