SON DƏQİQƏ

Baş redaktor sərhəddə saxlanılıb – Yenilənib

Tarix:31-07-2019, 14:37

“Hefteaz.info” saytının baş redaktoru Aqil Mahmudov Qazax rayon polis şöbəsində 8 saat saxlandıqdan sonra sərbəst buraxılıb. Bu haqda “Basta”ya Mahmudov özü məlumat verib. O, barəsində bundan əvvəl qaldırılan cinayət işi ilə əlaqədar ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

***

“Hefteaz.info” saytının baş redaktoru, Müsavat Partiyasının üzvü Aqil Mahmudov Azərbaycan-Gürcüstan sərhədində saxlanılıb.

Onun ölkədən çıxmasına qadağa qoyulduğu deyilir.

Bu barədə Azad TV-yə məlumat verən Müsavat Partiyası Səbail rayon təşkilatının sədri Zakir İsmayıl qeyd edir ki, redaktorun saxlanması barəsində məlumatı, onun qardaşından alıb. Daha sonra Zakir İsmayıl Aqil Mahmudovla əlaqə saxlamağa çalışsa da, onun heç bir nömrəsinə zəng çatmayıb.

Azad TVскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN