Sonxeberler.info Basta-ya istinadən xəbər verir ki,Fransada yaşayan Azərbaycanlılar bu ölkənin Angers şəhərində “Azadlıq” adlı etiraz aksiyası keçirdilər. Bu haqda “Basta”ya Müsavat fəalı Sarvan Dasvudoğlu məlumat verib.
Məlumatda bildirilir ki, Müsavat üzvü Sarvan Vəliyevin və KXCP üzvü Elçin Dəmirovun təşkil etdiyi mitinqdə iştirak edən soydaşlarımız Azərbaycanda olan diktator hakimiyyətinə qarşı öz etirazlarını bildirib, “Azadlıq” şüarı səsləndiriblər.
“Aksiyanın əvvəlində Sarvan Vəliyev və Elçin Dəmirov aksiya iştirakçılarına və təşkilati dəstəyinə görə Musavat AKM-ə öz təşəkkürlərini bildirdilər. Etiraz aksiyası qətnamənin Sarvan Vəliyev tərəfindən azərbaycan dilində və Elçin Dəmirov tərəfindən fransız dillərində oxunması ilə başlandı. Qətnamənin oxunmasından sonra Sarvan Vəliyev Azərbaycanda insan haqlarının pozulmasından danışdı. Həmçinin siyasi məhbuslara verilən işgəncələrdən danışdı. Sonra İştirakçılardan da çıxış edərək Azərbaycanda söz azdlığına və ictimai-siyasi fəallara və onların ailələrinə edilən təziqlərə son qoyulmasını tələb etdi” – deyə məlumatda qeyd edilir.
Sonxeberler.info