SON DƏQİQƏ

Azərbaycan Transxəzər qaz kəmərini dəstəkləməyə hazırdır

Tarix:17-09-2019, 17:46

Sonxeberler.info Turan İnformasiya Agentliyi-nə istinadən xəbər verir ki, Azərbaycan öz ərazisilə Türkmənistan qazının Avropaya nəqlində iştiraka hazırdır. Bu barədə Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev çərşənbə axşamı Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindəki çıxışında bildirib.

"Azərbaycan Türkmənistan qazının tranzitçisi ola bilər, ancaq bundan ötrü qərarı ixracatçı və idxalatçı qəbul etməlidir", - H.Hacıyev bildirib.

Həmin tədbirdə iştirak edən ölkənin energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, Transxəzər qaz kəməri ilə bağlı Bakının mövqeyi dəyişməyib.

"Əgər müvafiq qərar olarsa, biz Türkmənistan qazının tranzitinə yardım etməyə hazırıq", - o deyib.

Qeyd edək ki, dənizin dibi ilə Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin çəkilməsi məsələsi çoxdandır müzakirə olunur. Yaxın gələcəkdə "Cənub" qaz dəhlizi (TANAP+TAP) işə salındıqdan sonra Türkmənistan qazı Avropa bazarlarına birbaşa çıxış imkanı əldə edəcək.

Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN